Our Services
Greentech Solutions
"Greentech Solutions" MMC 2021-ci ildə Azərbaycanda təsis edilmiş və müasir dünya təcrübəsindən istifadə edərək tikinti, yenidənqurma və dizayn sahələrində innovativ layihələrin icrasına yönəlmişdir. Yarandığı gündən etibarən şirkətimiz insan kapitalını prioritet hesab edərək, gənc və peşəkar memarlar, mühəndislər və digər mütəxəssislərdən ibarət dinamik və yaradıcı bir komanda formalaşdırmışdır.
Greentech Solutions ətraf mühitin mühafizəsi və davamlılığına böyük önəm verir. Biz ətraf mühitə təsirimizi azaltmaq və planetimizin resurslarının qorunmasına töhfə vermək üçün fəal şəkildə təşəbbüslər etməyə davam etdirik. Tikinti layihələrimizlə yanaşı, ucqar ərazilərdə yerləşən orta məktəblərdə pellet yanacağının istifadəsi kimi müxtəlif yaşıl enerji həllərini tətbiq etməklə iqlim dəyişikliyi ilə fəal mübarizə aparırıq.
2021-2022-ci illərdə Greentech Solutions çətin gedilən kənd icmalarında yerləşən məktəblərdə istilik sistemlərinin davamlılığını dəstəkləmək üçün sosial investisiya layihəsini uğurla həyata keçirmişdir. Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonları üzrə 49 icma məktəbində 800-dən çox pellet sobasının quraşdırılması 20 000-ə yaxın şagirdin faydalanmasına səbəb olub.
Bu səylər ehtiyacı olan məktəbləri müəyyən edən və pellet yanacaq təminatının davamlılığını təmin edən Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilib.
Fəaliyyətimizə dövlət obyektləri ilə bərabər bir sıra özəl obyektlər, yaşayış binaları, ofis mərkəzləri, ictimai və inzibati binalar və s. genişmiqyaslı layihələrinin tikinti işləri daxildir. Dövlət və özəl sektorla əməkdaşlıq etməklə yanaşı şirkətimiz qabaqcıl beynəlxalq şirkətlərlə uğurlu partnyorluq əlaqələri quraraq ölkəmizin inşaat bazarına müasir texnologiya və məhsulların tətbiqinə üstünlük verir. Əsas məqsədimiz Azərbaycanın rayon və şəhərlərində insan həyatının komfortunu yüksəldən keyfiyyətli və yararlı layihələr planlamaq və tikinti-təmir işlərini həyata keçirməkdir. Mütəxəssislərimiz dünya keyfiyyət standartlarına uyğun layihələr həyata keçirməyə qadirdirlər. Müştəri və tərəfdaşlarımızla işimizdə əsas dəqiqlik və keyfiyyətə üstünlük veririk.