ESG Qiymətləndirmə

ESG Qiymətləndirmə

ESG qiymətləndirməsi, şirkətlərin ətraf mühit, sosial məsuliyyət və idarəetmə sahələrindəki performansını ölçən bir sistemdir. ESG reytinqini hesablamaq və qiymətləndirmək üçün müxtəlif standartlar və sertifikatlar mövcuddur. Bu standartlar və sertifikatlar, şirkətlərin ESG sahəsindəki məlumatları necə açıqlayacağını və qiymətləndirilməli olan əsas göstəriciləri müəyyən edir. 
ESG qiymətləndirməsi şirkətlərin ətraf mühitə təsirini, sosial məsuliyyətlərini və idarəetmə standartlarını nəzərə alaraq, riskləri və imkanları daha yaxşı anlamağa kömək edir. ESG qiymətləndirməsi investorlar və maraqlı tərəflər üçün daha şəffaf və etibarlı qərarların qəbulunu dəstəkləyir, eyni zamanda uzunmüddətli dayanıqlı böyüməni təşviq edir.

ESG qiymətləndirmə modulu
ESG qiymətləndirmə modulu beynəlxalq və milli standarları əsas götürməklə şirkətlərin ESG prinsiplərinə uyğunluğunu hesablamaq üçün nəzərdə tutulub. Bu modul daxil edilən məlumatlar əsasında şirkətin ESG sahəsindəki vəziyyətini qiymətləndirir. Hesablamanın yekun nəticəsi şirkətin investisiya cəlb etmək potensialını, davamlılıq performansını və ESG risklərini dəyərləndimək imkanı yaradır.