Our Services
Təlim və İnkişaf
ESG bilik və bacarıqlarının artırılması inevstisiyaların cəlbi və müştəri məmnuniyyətinin yüksəlməsi baxmından mühüm əhəmiyyət kəsb edir. Şirkətlərin ESG reytinqinin yüksəldilməsi üçün aşağıdakı təlim xidmətləri təklif olunur:
1. Ətraf Mühit (Environmental)
- Karbon idarəçiliyi və karbon emissiyalarının azaldılması
Karbon izi ölçülməsi, emissiyaların azaldılması və karbon neytrallığı strategiyalarını öyrədir. - Tullantıların idarə edilməsi və Dairəvi iqtisadiyyat
Resursların effektiv istifadəsi və tullantıların minimuma endirilməsi üçün metodologiyalar təqdim edir.
2. Sosial (Social)
- Müştəri məmnuniyyəti və Sosial təsir
Müştəri gözləntilərinə cavab vermək və sosial layihələr vasitəsilə müsbət təsir yaratma yollarını izah edir. - Tərəfdaşlıq və maraqlı tərəflər ilə əlaqələr
Cəmiyyət və tərəfdaşlarla dayanıqlı əməkdaşlıq strategiyalarını öyrədir. - ESG üzrə liderlik və mədəniyyət dəyişikliyi
Şirkət daxilində ESG mədəniyyətinin inkişafı və liderlik praktikasının ESG prinsiplərinə uyğunlaşdırılması üzrə biliklər təqdim edir.
3. Korporativ İdarəetmə (Governance)
- ESG Strategiyasının hazırlanması
Korporativ məqsədlərin ESG prinsipləri ilə uyğunlaşdırılması və strategiya qurulması üzrə məlumat verir. - Şəffaf idarəetmə və Etik biznes
Şirkətlərin etik prinsiplərə uyğun fəaliyyət göstərməsi və idarəetmədə şəffaflığı təmin etmə yollarını öyrədir. - ESG Hesabatlılıq və Şəffaflıq
ESG məlumatlarının beynəlxalq standartlara uyğun hazırlanması və hesabatların şəffaf təqdimatı üzrə təcrübələr təqdim edir.
4. Ümumi ESG Təlimləri (Bütün istiqamətləri əhatə edir)
- ESG Risklərinin idarəedilməsi
Ətraf mühit, sosial və idarəetmə risklərini müəyyən etmək, idarə etmək yollarını izah edir. - Yaşıl maliyyə və İnvestisiya
ESG əsaslı maliyyə və investisiya strategiyalarını əhatə edir. - ESG Məlumat analitikası
ESG indikatorlarının analizi və optimallaşdırılması üzrə məlumat təqdim edir. - ESG İnnovasiyalar və texnologiyalar
ESG prinsipləri üzrə texnoloji yeniliklər və tətbiqləri hər üç istiqamətdə öyrədir.