Korporativ idarəetmə

Korporativ idarəetmə

1. Azərbaycanın üzv olduğu konvensiyalar:

  • “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq pakt (1966) - Azərbaycan 1992-ci ildə qoşulub
  • Birləşmiş Millətlər Təşkilatının "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktı (1976) - Azərbaycan Paktın birinci Fakultativ Protokoluna 2001-ci ildə, ölüm cəzasının ləğvinə yönəlmiş İkinci Fakultativ Protokoluna 1998-ci ildə qoşulub.
  • Avropa Şurasının Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında Konvensiyası – Azərbaycanda 2003-cü ildə təsdiq edilib.
  • Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyası - Azərbaycanda 2005-cü ildə təsdiq edilib.
  • Avropa Şurasının Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyası – Azərbaycanda 2003-cü ildə təsdiq edilib.

 

2. Beynəlxalq qanunvericilik:

  • OECD-nin Korporativ İdarəetmə Prinsipləri (1999, 2015)
    OECD-nin bu prinsipləri qlobal şirkətlər üçün şəffaf, ədalətli və məsuliyyətli idarəetmə standartlarını müəyyən edir. ESG-nin idarəetmə aspektində əsasən səhmdarların hüquqlarının qorunması, idarə heyətinin effektivliyi və korporativ şəffaflıq tələbləri vurğulanır.
  • OECD-nin Çoxtərəfli Şirkətlər üçün Qaydalara dair Rəhbərliyi (2011)
    Bu sənəd çoxtərəfli şirkətlər üçün məsuliyyətli biznes davranışını təşviq edən tövsiyələr təqdim edir. Burada insan hüquqları, əmək hüquqları, korrupsiya ilə mübarizə və ətraf mühitin qorunması məsələləri əks olunub.
  • BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri (2011)
    Bu prinsiplər iş dünyasında insan hüquqlarının qorunması və müvafiq olaraq zərərli təsirlərin qarşısının alınması üçün şirkətlərin məsuliyyətlərini müəyyən edir.
  • Korrupsiya Əleyhinə OECD Konvensiyası (1997)
    Bu konvensiya beynəlxalq biznes fəaliyyətlərində korrupsiya hallarının qarşısını almaq məqsədilə qəbul edilib və idarəetmə standartlarına riayət etməyi təşviq edir.

 

3. Korporativ idarəetmə ilə bağlı qanunvericilik aktları

  • Azərbaycan Respublikası Mülki Məcəlləsi
    Məcəllənin məqsədi mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir.
    Mülki Məcəllənin vəzifələri: 
    mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək;
    mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək;
    fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq;
    mülki dövriyyəni təmin etmək;
    sahibkarlıq fəaliyyətini dəstəkləmək;
    sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq.
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi
    Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir.
  • Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi
    Rəqabət subyektlərinin hüquq və vəzifələri, rəqabət sahəsindəki qanunvericilik, rəqabəti məhdudlaşdıran halları müəyyən edir.  
  • Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 
    Ölkədə həyata keçirilən iqtisadi islahatların davamlılığını təmin etmək, sahibkarlığın inkişafı və sağlam rəqabət mühitinin formalaşdırılması istiqamətində işləri sürətləndirmək, yerli və xarici investisiyalar cəlb etmək yolu ilə diversifikasiya olunmuş, rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılmasına nail olmaq, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin idarə olunmasında şəffaflığı artırmaq məqsədini daşıyır.
  • "Auditor Xidməti haqqında" Qanun
    Bu qanun, şirkətlərin müstəqil auditdən keçməsinin qaydalarını və tələblərini müəyyən edir, şəffaf və doğru maliyyə məlumatlarının təqdim edilməsini təmin edir.
  • "Mühasibat Uçotu haqqında" Qanun
    Korporativ idarəetmənin mühüm hissələrindən biri olan maliyyə şəffaflığını təmin etmək məqsədilə bu qanun qəbul edilib. Şirkətlərin maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını müəyyən edir, beynəlxalq mühasibat standartlarına uyğun fəaliyyət göstərməyi tələb edir. Bu qanun hesabatlılıq və maliyyə məlumatlarının düzgünlüyünü təmin edir.
  • "Kommersiya Sirri haqqında" Qanun
    Bu qanun kommersiya sirri təşkil edən məlumatların qorunması qaydalarını tənzimləyir və işçilərin, səhmdarların və digər maraqlı tərəflərin hüquqlarını nəzərə alır.
  • "Audit haqqında" Qanun
    Bu qanun Azərbaycanda audit fəaliyyətini tənzimləyir. Qanun audit şirkətlərinin fəaliyyət qaydalarını, maliyyə hesabatlarının yoxlanılması və hesabatlılıq standartlarını müəyyən edir.
  • "Müflisləşmə və iflas haqqında" Qanun
    Bu Qanun müflisləşmə və iflas proseslərinin necə aparılacağını, borclu şirkətlərin kreditorlar qarşısında öhdəliklərini necə yerinə yetirməli olduğunu və onların yenidən qurulma imkanlarını müəyyən edir.
  • "Qiymətli Kağızlar Bazarı haqqında" Qanun
    Bu qanun Azərbaycanda qiymətli kağızlar bazarını və bu bazarda iştirak edən şirkətlərin fəaliyyətini tənzimləyir. Şirkətlərin səhmlərinin buraxılması, alınıb-satılması və qiymətli kağızlar üzrə əməliyyatlar bu qanunla tənzimlənir.
  • "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun
    Bu qanun korrupsiya hallarının qarşısını almaq, işgüzar etika qaydalarına riayət olunmasını təmin etmək məqsədi daşıyır. Şirkətlərin fəaliyyətində korrupsiyanın qarşısının alınması üçün daxili nəzarət mexanizmləri bu qanuna uyğun olaraq təşkil olunur.

 

4. Korporativ idarəetmə ilə bağlı qanunvericiliyin pozulmasına görə cəzalar

  • Korporativ idarəetmə ilə bağlı qanunvericiliyin pozulmasına görə cəzalar İnzibati Xətalar Məcəlləsinin aşağıdakı fəsillərində öz əksini tapıb. 

FƏSİL 24: Mülkiyyət əleyhinə olan inzibati xətalar
FƏSİL 34: İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar
FƏSİL 35: Ticarət qaydaları əleyhinə olan inzibati xətalar
FƏSİL 36: Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalar
FƏSİL 37: Gömrük qaydaları əleyhinə olan inzibati xətalar