Our Services
Hesabatlar
1. Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl şirkətlərin ESG və dayanıqlılıq hesabatları:
- BP - BP şirkəti tərəfindən 2050-ci ilə qədər “sıfır tullantı” hədəfi müəyyən edilib.
- SOCAR - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən hər il davamlı inkişaf hesabatı yayımlanır. SOCAR 2035-ci ilə kimi Korporativ Strategiyası SOCAR-ın Müşahidə Şurası tərəfindən 2021-ci ildə təsdiq edilib:
- SOCAR-ın dayanıqlılıq istiqamətində gördüyü tədbirlər:
- “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti - Dayanıqlı inkişaf siyasətinin tərkib hissəsi olaraq ətraf mühitin mühafizəsi, məhdud resurslardan səmərəli istifadə olunması prinsiplərinə uyğun olaraq dayanıqlılıq hesabatı hazırlanaraq rəsmi internet səhifədə yerləşdirilir və ictimaiyyət üçün açıqdır.
- “Azercell” - Şirkət tərəfindən 7 may 2024-cü il tarixində ilk ESG hesabatı ictimaiyyətə açıqlanıb. İstilik effekti yaradan qaz emissiyalarının azaldılması, tullantıların idarə edilməsi, korporativ sosial məsuliyyət sahəsində görülən tədbirlər rəsmi internet səhifəsində açıqlanır.
- “Paşa Holdinq” MMC - Şirkət tərəfindən həyata keçirilən korporativ sosial məsuliyyət, ətraf mühitin qorunması sahəsində tədbirlərlə bağlı məlumat rəsmi internet səhifəsində açıqlanır.
- “Coca-Cola” - Şirkət tərəfindən yaşıllıq zolaqlarının mühafizəsi və bərpası, çimərlik və şəhərdaxili ərazilərin tullantılardan təmizlənməsi, təkrar emalın təşviqi məqsədilə həyata keçirilən müxtəlif ekoloji layihələr barədə məlumat şirkətin internet səhifəsində açıqlanır.
- Azərbaycan Mərkəzi Bankı - İllik Dayanıqlı Maliyyə Hesabatını açıqlayır.
- “Carlsberg Azerbaijan” - Dayanıqlılıq istiqamətində görülən tədbirlər və illik ESG hesabatları şirkətin internet səhifəsində açıqlanır.
- PwC Azerbaijan - İllik dayanıqlılıq hesabatı şirkətin internet səhifəsində açıqlanır
- “Paşa Bank” - İllik maliyyə hesabatı şirkətin internet səhifəsində açıqlanır. Hesabatda şirkətin insan resursları siyasəti, korporativ sosial məsuliyyət tədbirləri əks olunub
- “Azərbaycan Dəmir Yolları” QSC - Bu il ilk Dayanıqlılıq Hesabatı qurumun rəsmi internet səhifəsində açıqlanıb.
- Azərbaycan Beynəlxalq Bankı - İllik Dayanıqlılıq Hesabatı şirkətin internet səhifəsində açıqlanır.
- "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC - İllik Ətraf mühit və Dayanıqlılıq Hesabatı şirkətin internet səhifəsində açıqlanır.
- “Neqsol Holding” - Holdingə daxil olan şirkətlərin 2018-2021-ci illəri əhatə edən Dayanıqlılıq Hesabatları internet səhifəsində açıqlanıb.
- “Norm” ASC - 2018-2022-ci illər üzrə İllik Dayanıqlılıq hesabatları şirkətin internet səhifəsində açıqlanıb.
- “Bakcell” - 2018-2021-ci illər üzə İllik Dayanıqlı İnkişaf Hesabatlarını ictimaiyyətə açıqlayıb.
- “Azerconnect Group” - 2022-ci il üzrə İllik Dayanıqlı İnkişaf Hesabatı şirkətin internet səhifəsində açıqlanıb.
- “Nar mobile” - 2018-2021-ci illər üzrə İllik Dayanıqlılıq hesabatları şirkətin internet səhifəsində açıqlanıb.
- SOCAR AQS - 2018-2022-ci illər üzrə İllik Dayanıqlılıq hesabatları şirkətin internet səhifəsində açıqlanıb.
2. ESG ilə bağlı beynəlxalq yeniliklər və reytinq hesabatları
2.1. ESG sahəsində beynəlxalq yeniliklərlə tanış olmaq üçün faydalı linklər:
- “Esgnews.com” – Dünyanın müxtəlif regionlarda ESG sahəsində görülən işlər, şirkətlər tərəfindən ayrılan investisiyalar, planlaşdırılan konfranslarla bağlı məlumat əldə etmək mümkündür.
- “Esgtoday.com” - ESG investisiyaları, dayanıqlı maliyyə və dayanıqlı bizneslərlə bağlı xəbərləri əldə etmək mümkündür.
- “Deloitte.com” – Azərbaycan da daxil olmaqla 150 ölkənin iqtisadi-sosial vəziyyəti, investisiya imkanları ilə bağlı dövri jurnallar dərc olunur.
2.2. ESG sahəsində əsas beynəlxalq reytinqlər
- Dünya Bankının Sovereign ESG Data Portalı: Bu portal ölkələr üçün ESG göstəricilərini təqdim edir. 62 il ərzində 211 iqtisadiyyat üçün 135 göstərici üzrə məlumatı əhatə edir.
- MSCI ESG Ratings: MSCI, şirkətlərin ESG performansını "liderlərdən" tutmuş "geridə qalanlar"a qədər geniş miqyasda qiymətləndirir. Bu reytinq metodologiyasında sənaye üzrə müqayisə və risk analizi mühüm rol oynayır.
- Sustainalytics: Bu reytinq “Morningstar”a məxsusdur və şirkətlərin ESG risklərini və zəif tərəflərini təhlil edərək onları risk səviyyələrinə görə təsnifləşdirir.
- FTSE4Good Index Series: “FTSE Russell” tərəfindən yaradılmış bu indeks seriyası ESG meyarlarına uyğun olaraq yüksək göstərici əldə edən şirkətləri seçir. “FTSE4Good” indeksləri həm fond birjaları, həm də passiv investorlar üçün əhəmiyyətlidir.
- Refinitiv ESG Scores: “London Stock Exchange Group”a məxsus olan “Refinitiv ESG Scores”, şirkətləri ətraf mühit, sosial və idarəetmə sahələrində fəaliyyətlərinə görə qiymətləndirir və 450-dən çox göstəriciyə əsaslanır.
- Bloomberg ESG Data: “Bloomberg ESG” məlumatları şirkətlərin maliyyə və davamlılıq göstəricilərini müqayisə etmək üçün geniş məlumat bazası təqdim edir. “Bloomberg ESG” məlumatları əsasən maliyyə peşəkarları arasında geniş istifadə edilir.
- ISS ESG: “Institutional Shareholder Services” (ISS) ESG sahəsində müxtəlif reytinqlər və qiymətləndirmələr təqdim edir. ISS ESG reytinqləri davamlılıq və korporativ idarəetmə prinsiplərini dərin təhlil edir.