Our Services
Tədris materialları
1. ESG üzrə Resurs Portalları
- UN Global Compact - ESG ilə bağlı təlimatlar, hesabat nümunələri və tədris resursları təqdim edən bu platforma, ESG prinsiplərinə uyğun idarəetmə və davamlı inkişaf məqsədlərinə çatmaq istiqamətində şirkətlərə dəstək göstərir.
- PRI Academy - Məsuliyyətli investisiya və ESG mövzularında təlimlər və tədris materialları təqdim edən bu platforma, ESG təhsili və peşəkar sertifikatları ilə tanınır.
- Global Reporting Initiative (GRI) - ESG hesabatları və davamlılıq təlimatları hazırlayan GRI, şirkətlərin ESG sahəsində təkmilləşdirilməsi üçün müxtəlif tədris materialları təklif edir.
- Sustainalytics - ESG risk qiymətləndirmələri və təhlillər təqdim edən bir platformadır. Burada ESG riskləri, müvafiq təlimatlar və analitik məlumatlara dair geniş resurslar mövcuddur.
- Refinitiv ESG - Şirkətlərin ESG performansını izləmək və qiymətləndirmək üçün istifadə edilən məlumat və analiz platformasıdır. ESG məlumatları və məlumat təhlilləri ilə investorların ESG sahəsində daha çox məlumat əldə etməsinə kömək edir.
- World Economic Forum - ESG Dashboard - Dünya İqtisadi Forumu ESG ilə bağlı davamlılıq və sosial məsuliyyət mövzularında müxtəlif məlumatları və hesabatları təqdim edir. Forumun ESG panelləri davamlılıq göstəricilərinə dair analitik məlumatlar verir.
- MSCI ESG Research - MSCI ESG Research, investorlar üçün ESG məlumatları, risk dəyərləndirmələri və davamlı investisiya göstəriciləri təklif edir. Platforma ESG ilə bağlı hesabatlar, araşdırmalar və məqalələr təqdim edərək təhsil resursu olaraq da istifadə olunur.
- CDP (Carbon Disclosure Project) - İqlim dəyişikliyi, su və meşələrin mühafizəsi ilə bağlı məlumatları toplayaraq, ESG hesabatları və davamlılıq təhlilləri üzrə resurslar təqdim edir. Platformada iqlimlə bağlı risklərin necə idarə olunduğu barədə məlumatlar var.
- SASB (Sustainability Accounting Standards Board) - SASB, ESG məlumatlarının hesabatlaşdırılması üçün sənaye spesifikası üzrə təlimatlar hazırlayan bir təşkilatdır. ESG hesabatlarını sektorlara uyğun olaraq hazırlamaq üçün geniş resurslar təqdim edir.
2. ESG ilə bağlı araşdırma məqalələri:
- 2024-cü ilin TOP10 ESG kursu
- Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə: 1970-ci illərdən bu günə qədər ESG Standartlaşdırmasının Tarixi
- ESG Davamlılıq Hesabatı nə deməkdir və nə üçün vacibdir?
- ESG: Nədir və necə istifadə olunur?
- ESG ilə bağlı ən geniş yayılmış beş mif
- Ən vacib ESG metrikslərinin müəyyən edilməsi yolları
- Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə: Beynəlxalq araşdırma
- Dəyişən dünyanın dəyişməzi: ESG
- İnkişaf etməkdə olan ölkələrdə əhəmiyyəti getdikcə artan anlayış: ESG
- Dayanıqlılıq üçün ayrılan investisiyaların şirkətlərin maliyyə vəziyyətlərinə təsiri
- Real dəyər yaradan sosial fəaliyyətlər
- Şirkətlər üçün davamlı inkişafın getdikcə artan önəmi
- ESG anlayışı investorları cəlb etmək üçün vasitə kimi
- ESG kontekstində korporativ idarəetmə
- Neft hasilatı ilə məşğul olan şirkətlərin hesabatlarında ESG amillərinin açıqlanması investisiya qərarlarının qəbul olunmasında əsas kimi
- Rusiyada ESG idarəetmə prinsiplərinin inkişaf perspektivləri
- ESG: Dünyanı dəyişən üç hərf
- ESG: Ümumi baxış və trendlər
3. ESG ilə bağlı tədris videomaterialları:
- Ətraf mühitə təsir və resurslardan istifadə
- ESG ilə bağlı tədris videoçarxları
- Günəş panelləri necə işləyir? Günəş şüalarından elektrik enerjisi necə əldə edilir?
- Külək enerjisi necə yaranır? Külək enerjisindən istifadə
- Elektromobillər ekoloji təmiz və yanacaq cəhətdən daha sərfəlidir
4. ESG ilə bağlı təcrübə araşdırmaları
Beynəlxalq təşkilatlar və assosiasiyalar tərəfindən aparılan təcrübə araşdırmaları
- OECD - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), ESG ilə bağlı siyasətləri təhlil edən bir sıra araşdırmalar aparıb.
- Avropa Komissiyası - Avropa Komissiyası, 2021-ci ildə “Sustainable Finance Action Plan”ı çərçivəsində ESG araşdırmaları aparıb. Bu araşdırmalar, maliyyə bazarlarında dayanıqlı investisiyaların artırılmasına yönəlib.
- Sovereign ESG Data Portal – World Bank - Dünya Bankının bu portalında siyasətçilər, maliyyə bazarı iştirakçıları və akademik tədqiqatçılar üçün geniş spektrli ESG məlumatları və araşdırmaları mövcuddur. Portalda 213 ölkənin 135 indikator üzrə ESG göstəriciləri öz əksini tapıb.
- Beynəlxalq Valyuta Fondu (IMF) - 17 mart 2024-cü ildə dərc olunan “Suveren Ətraf Mühit, Sosial və İdarəetmə (ESG) İnvestisiyaları: Mümkün Davamlılığı təqib etmək” adlı araşdırmada İqlim maliyyəsi, KSM, ətraf mühitin dayanıqlılığ ilə bağlı aparılan təhlillərin nəticələri öz əksini tapıb.
ESG ilə bağlı ölkələr tərəfindən aparılan təcrübə araşdırmaları:
- Norveç - Norveç Dövlət Pensiya Fondu, 2021-ci ildən etibarən ESG risklərini qiymətləndirmək üçün sistematik araşdırmalar aparır.
- Fransa - Fransa 2015-ci ildən etibarən “Sustainable Finance” təşəbbüsünü həyata keçirir. Fransa Maliyyə Nazirliyi, ESG standartlarının tətbiqi və investisiya qərarlarının şaffaflığını artırmaq məqsədilə müxtəlif tədqiqatlar aparır.
- Böyük Britaniya - Birləşmiş Krallıq 2021-ci ildən etibarən ESG prinsiplərini gücləndirmək üçün “Green Finance Strategy” proqramına start verib. Bu strategiya çərçivəsində, ESG risklərini və imkanlarını qiymətləndirmək üçün geniş tədqiqatlar həyata keçirilir.
- Kanada - Kanada 2020-ci ildən etibarən “Canadian Standards Association” (CSA) vasitəsilə ESG tədqiqatlarına start verib. CSA müstəqil ESG standartlarının hazırlanması üçün müxtəlif sektorlarda tədqiqatlar aparır.
- Avstraliya - Avstraliya, 2021-ci ildən başlayaraq “Australian Sustainable Finance Initiative” (ASFI) layihəsinə start verib. Bu layihə çərçivəsində, ESG göstəricilərinin qiymətləndirilməsi və maliyyə bazarlarında dayanıqlı investisiyaların artırılması məqsədilə araşdırmalar aparılır.
- Almaniya - Almaniya, 2021-ci ildən “Aktionsprogramm Nachhaltige Finanzen” (Dayanıqlı Maliyyə Proqramı) çərçivəsində ESG tədqiqatlarını genişləndirib. Bu proqram, maliyyə sektoru üçün ESG meyarlarının tətbiqini təşviq edir.
- İsveçrə - 2020-ci ildə İsveçrə Maliyyə Tənzimləmə İdarəsi (FINMA), ESG meyarlarının tətbiqini təşviq edən müstəqil tədqiqatlar aparıb.