Yaşıl enerji və Ekosistemlər

Yaşıl enerji və Ekosistemlər

1. Azərbaycanda yaşıl enerji ilə bağlı layihələr

  • “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may 2021-ci il tarixli 2620 nömrəli Sərəncamı
  • 2020-ci il yanvarın 9-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb.
  • 2020-ci il dekabrın 30-da Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.
  • 2023-cü ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasimi keçirilib.
  • 2022-ci il dekabrın 15-də Energetika Nazirliyi və Avstraliyanın Fortescue Future Industries (FFI) şirkəti arasında Azərbaycanda bərpaolunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi imzalanıb.
  • 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib.
  • 17 dekabr 2022-ci il tarixində Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.
  • Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kVt gücə malik fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsi nəzərdə tutulur. Gələcəkdə su hövzələri üzərində iri həcmli layihələrin həyata keçirilməsi üçün müvafiq layihə çərçivəsində araşdırmalar aparılır.
  • 22 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp şirkəti iri miqyasda karbonsuzlaşdırılmış və inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın region və şəhərlərində bərpa olunan enerji layihələri üçün tələb olunan potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədilə Anlaşma Memorandumu imzalayıblar.
  • 2021-ci ilin 3 iyun tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp arasında Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb.
  • Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının 5.2.3. “Bərpa olunan enerji mənbələrindən istifadənin artırılması” fəaliyyət istiqaməti üzrə “Bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi” altbəndinin icrasına uyğun olaraq hər iki istiqamət üzrə aidiyyəti qurumların nümayəndələrindən ibarət İşçi qruplar yaradılıb.
  • 22 dekabr 2022-ci il tarixində Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında Azərbaycan Respublikasının elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu imzalanıb.
  • 3 fevral 2023-cü il tarixində Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərin 1-ci iclası çərçivəsində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında “Dənizdə 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi”, “Quruda 1 QVt külək stansiyasının yaradılmasına dair İcra Müqaviləsi” və “Azərbaycan Respublikasında enerji saxlanc sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu” imzalanıb.
  • 31 may 2023-cü il tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “Maire Tecnimont” şirkəti arasında enerji keçidi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
  • 1 iyun 2023-cü il tarixində Energetika Nazirliyi ilə Çinin “China Gezhouba Group Overseas Investment” şirkəti arasında Azərbaycanda 2 QVt gücündə bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
  • “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nına əsasən, burada "Yaşıl Enerji Zonası"nın yaradılması, Konsepsiya və Tədbirlər Planının hazırlanması nəzərdə tutulur. Naxçıvanda bərpa olunan enerji layihələrinin həyata keçirilməsi ilə bağlı “Nobel Energy Management”, “TotalEnergies” və “A-Z Czech Engineering” şirkətləri ilə ümumi gücü 1000 MVt-dan çox olan yaşıl enerji layihələri ilə əlaqədar müqavilələr imzalanıb.

2. Azərbaycanın bərpa olunan enerji potensialı və hazırki vəziyyət

  • Azərbaycanda fəaliyyət göstərən bərpaolunan enerji stansiyalarının qoyuluş gücü
  • Azərbaycanın bərpa olunan enerji mənbələrinin potensialı

 

3. Ekosistemin qorunması

3.1. Bioloji müxtəlifliyin qorunması üçün yaradılan milli parklar:

3.2. Bioloji müxtəlifliyin qorunması üçün yaradılan qoruqlar:

3.3. Bioloji müxtəlifliyin qorunması üçün yaradılan yasaqlıqlar:

4. Xəzər dənizinin ekosisteminin qorunması

 

5. Ekosistemin qorunması üçün reallaşdırılmış tədbirlər

  • Bakının Səbayıl, Suraxanı, Sabunçu, Xəzər və Qaradağ rayonlarında, habelə Şirvan şəhəri, Salyan, Neftçala, Hacıqabul, İmişli, Siyəzən rayonları ərazisində aparılır. 2006-2022-ci illərdə SOCAR-ın neft və neft məhsulları ilə çirklənmiş 4040 ha torpaq sahəsindən 2819 hektarı rekultivasiya olunaraq bərpa edilib.
  • Böyükşor gölünün ekoloji bərpası.
  • “Təmiz Şəhər” ASC tərəfindən Bakı və ətraf ərazilərdəki məişət tullantıları ilə çirklənmiş ərazilərin təmizlənməsi.
  •  “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində Bakı buxtasının mərkəzində yerləşən Qara Şəhərin dirçəlməsi üçün 1650 ha ərazidəki sənaye müəssisələri köçürülüb, ərazi tullantılardan təmizlənərək Ağ şəhər layihəsi reallaşdırılıb.
  • İDEA ictimai birliyi tərəfindən reallaşdırılmış layihələr.