Our Services
Ekoloji qanunvericilik
1. Azərbaycanın üzv olduğu konvensiyalar:
- Bern Konvensiyası - Azərbaycanda 2002-ci ildən ratifikasiya edilib.
- Davamlı üzvi çirkləndiricilər haqqında Stokholm Konvensiyası - Azərbaycan 2004-cü ildə qoşulub
- “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” 1973-cü il tarixli beynəlxalq konvensiya (MARPOL) – 1978-ci il tarixli düzəliş protokolu da daxil olmaqla - Azərbaycan 2004-cü ildə qoşulub
- Ozon Təbəqəsinin Qorunmasına dair Vyana Konvensiyası - Azərbaycan 1996-cı ildə qoşulub
- Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu, 1987 - Azərbaycan 1996-cı ildə qoşulub
- BMT-nin “İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası”, 1992 - Azərbaycan 1992-ci ildə qoşulub
- Kioto Protokolu, 1997 - Azərbaycan 2000-ci ildə qoşulub
- BMT-nin Bioloji Müxtəlifliyə dair Konvensiyası, 1992 - Azərbaycan 2000-ci ildə qoşulub
- Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında beynəlxalq konvensiya, 1990 - Azərbaycan 2004-cü ildə qoşulub
- “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyası - Azərbaycan 2001-ci ildə ratifikasiya edib
- Orhus Konvensiyası - Azərbaycan 2000-ci ildə qoşulub
- Espoo Konvensiyası - Azərbaycan 1999-cu ildə qoşulub
- Transsərhəd Su Axınlarının və Beynəlxalq Göllərin Mühafizəsi və İstifadəsi üzrə Konvensiya (Helsinki Konvensiyası) - Azərbaycan 2002-ci ildə qoşulub
- Su və Sağlamlıq haqqında Protokol - Azərbaycan 2003-cü ildə qoşulub
- UNECE - Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında Cenevrə Konvensiyası - Azərbaycan 2002-ci ildə qoşulub
- Sənaye Qəzalarının Transsərhəd Təsiri haqqında Konvensiya - Azərbaycan 2004-cü ildə qoşulub
- Xəzər dənizi üzrə Tehran Çərçivə Konvensiyası – Konvensiya 2006-cı ildə ratifikasiya edilib
- Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında qəbul olunmuş Paris Sazişi - Saziş 2016-cı ildə ratifikasiya edilib
- Su-bataqlıqlar haqqında Ramsar Konvensiyası - Azərbaycan 2000-ci ildə qoşulub
2. Ətraf mühitin qorunması ilə bağlı beynəlxalq qanunvericilik
- Aİ-nin Ətraf Mühit Fəaliyyət Proqramları (Environmental Action Programs)
Aİ-nin ətraf mühit siyasətinin ümumi çərçivəsini müəyyən edən strateji proqramlar seriyasıdır. Hazırda 2021-2030-cu illəri əhatə edən 8-ci Ətraf Mühit Fəaliyyət Proqramı qüvvədədir. - Aİ-nin Ətraf Mühit Fəaliyyət Proqramları (Environmental Action Programs)
Aİ-nin ətraf mühit siyasətinin ümumi çərçivəsini müəyyən edən strateji proqramlar seriyasıdır. Hazırda 2021-2030-cu illəri əhatə edən 8-ci Ətraf Mühit Fəaliyyət Proqramı qüvvədədir. - REACH Qaydaları (Registration, Evaluation, Authorisation, and Restriction of Chemicals)
Kimyəvi maddələrin qeydiyyatı, qiymətləndirilməsi, icazələndirilməsi və məhdudlaşdırılması proseslərini tənzimləmək. REACH qaydaları kimyəvi maddələrin ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini minimuma endirməyi nəzərdə tutur. - Biodiverstitet üzrə Aİ Strategiyası
Aİ-nin 2030-cu ilə qədər biomüxtəlifliyin qorunması və bərpası üzrə strateji planı Aİ üzv dövlətlərində bioloji müxtəlifliyi qorumaq və ekosistemlərin dayanıqlığını təmin etmək məqsədilə qəbul olunub. - Şimali Amerika Ətraf Mühit Sazişi (NAFTA çərçivəsində)
Şimali Amerika Ətraf Mühit Əməkdaşlıq Sazişi (NAAEC): Şimali Amerika Ticarət Razılaşması (NAFTA) çərçivəsində imzalanmış bu saziş ətraf mühitin qorunması ilə bağlı əməkdaşlıq məsələlərini tənzimləyir. - Aralıq Dənizi üzrə Barselona Konvensiyası
1976-cı ildə Aralıq dənizinin ətraf mühitinin qorunması üçün imzalanıb. Bu konvensiya Aralıq dənizinin sahilyanı ölkələrini birləşdirir və ekoloji standartlar tətbiq edir.
3. Ekoloji istiqamət üzrə qanunvericilik
- “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 1175-VQ nömrəli Qanunu
Azərbaycanda ətraf mühitə təsirin qiymətləndirilməsi prosesi üçün hüquqi əsasları müəyyən edir və ƏMTQ-nin məqsədlərini və prinsiplərini müəyyənləşdirir. Qanunda həmçinin ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısı verilir, onun hazırlanması, təsdiqlənməsi və bildirilməsinə cəlb olunan bütün tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilir. - “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının № 678-IQ Qanunu
Ətraf mühitin mühafizəsi üzrə əsas prinsipləri, habelə Dövlətin, ictimai birliklərin, vətəndaşların ətraf mühitin mühafizəsi ilə bağlı hüquq və öhdəliklərini müəyyən edir. - “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu №677-IQ
Ölkənin ətraf mühitin mühafizəsinə dair qanunvericiliyinin əsas iki qanunundan biridir (“Ətraf mühitin mühafizəsi haqqında” Qanun ilə birlikdə). Qanunun məqsədi həyat və sağlamlığın, cəmiyyətin, ətraf mühitin, o cümlədən atmosfer havasının, fəzasının, su tutarlarının, mineral ehtiyatların, təbii landşaftların, bitkilərin və heyvanların təbii və antropogen təhlükələrdən mühafizə edilməsi üçün hüquqi baza müəyyən etməkdən ibarətdir. Qanunda Dövlətin, vətəndaşların və ictimai birliklərin ekoloji təhlükəsizlik, o cümlədən informasiya və öhdəlik baxımından hüquq və vəzifələri müəyyən edilir. Qanunda həmçinin iqtisadi fəaliyyətin tənzimlənməsindən, ərazi rayonlaşdırılmasından və ekoloji fəlakətlərin fəsadlarının azaldılmasından bəhs olunur. - “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanunu №840-IQ
Azərbaycandakı mühafizə olunan təbii ərazilər və obyektlər üzrə hüquqi bazanı müəyyən edir. - “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanunu №675-IQ
Heyvanlar aləmi, fauna üzərində mülkiyyət hüququ və tərəflər arasındakı hüquqi münasibətlər müəyyən olunur. Qanunda həmçinin Dövlət tərəfindən inventarlaşdırma və monitorinq ilə bağlı məsələlər, habelə iqtisadi normalar və cəzalandırma normaları təsvir olunur. - Azərbaycan Respublikasının Su Məcəlləsi
Sututarlardan istifadəni tənzimləyir, mülkiyyət hüquqlarını müəyyən edir, habelə inventarlaşdırma və monitorinq məsələlərini əhatə edir. Məcəllədə sututarların içməli və texniki su üçün, habelə tibbi müalicə, mineral bulaqlı kurortlar, istirahət və idman, kənd təsərrüfatı ehtiyacları, istehsalat ehtiyacları və hidroenerji, nəqliyyat, balıqçılıq və ovçuluq, tullantı suların axıdılması, yanğından mühafizə məqsədləri üçün istifadəsini və xüsusi mühafizə olunan sututarları tənzimləyir. Burada rayonlaşdırma, zərərli maddələrin yol verilən maksimum konsentrasiya hədləri və sənayedə/istehsalatda əsas davranış qaydaları barədə məlumatlar verilir. - Xüsusi qorunan su obyektlərinin ayrı-ayrı kateqoriyalara aid edilməsi Qaydaları, Nazirlər Kabinetinin 77 saylı Qərarı
Xəzər dənizi xüsusi mühafizə olunan su tutarıdır. Qərara əsasən, tullantı sularının axıdılması üzrə digər variantların olmadığı təqdirdə onların yerləşdirilməsi üçün xüsusi icazələrin alınması tələb olunur. Qərarda xüsusi mühafizə olunan su tutarlarından istifadəyə məhdudiyyətlərin qoyulması, habelə gələcəkdə həmin su tutarları ilə əlaqədar normativ aktların işlənib hazırlanması nəzərdə tutulur. Qərara əsasən, xüsusi mühafizə olunan sututarların təbii şəraitini dəyişən fəaliyyətlər üçün ETSN-nin razılığı tələb olunur. Suya qarşısı alına bilməyən hər hansı atqılar üçün icazələrin verilməsinə dair müddəalar nəzərdə tutulmuşdur. Həmçinin, istirahət və idman məqsədləri üçün nəzərdə tutulmuş sututarların (bunlara Xəzər dənizi də aiddir) mühafizəsi üzrə xüsusi tələblər daxil edilib. - “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunu №109-IIQ
Havanın mühafizəsi, bununla da əhalinin sağlam mühitdə yaşamaq ilə bağlı konstitusiya hüququnun həyata keçirilməsi üçün hüquqi bazanı müəyyən edir. Qanunda bu baxımdan hakimiyyət orqanlarının, hüquqi və fiziki şəxslərin və QHT-lərin hüquq və öhdəlikləri qeyd olunur, iqtisadi fəaliyyət zamanı havanın mühafizəsi üzrə ümumi tələblər müəyyən olunur, atmosferə fiziki və kimyəvi təsirlərin azaldılması üçün normalar müəyyənləşdirilir, zərərli atmosfer tullantılarının və onların mənbələrinin dövlət tərəfindən inventarlaşdırılması üzrə qaydalar müəyyənləşdirilir və cəzalandırma tədbirlərinin görülməsinə səbəb olacaq qanun pozuntularının ümumi kateqoriyaları təqdim olunur. - “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanunu №514-IQ
Ətraf mühitin istehsalat və məişət tullantılarından, o cümlədən zərərli qazlardan, tullantı sulardan və radioaktiv tullantılardan mühafizəsinə dair dövlət siyasətini təsvir edir. Dövlətin və digər subyektlərin hüquq və vəzifələrini müəyyən edir, tullantı təmizləmə qurğularının layihələndirilməsi və tikintisi, tullantıların əmələ gəlməsinə səbəb olan fəaliyyətlərin lisenziyalaşdırılması, habelə tullantıların saxlanması və daşınması (o cümlədən transsərhəd daşınması) üzrə tələbləri müəyyənləşdirir. Qanun həmçinin sənaye müəssisələri tərəfindən tullantıların əmələ gəlməsinin minimuma endirilməsi üçün texnologiyaların tətbiq olunmasını dəstəkləyir. Qanun pozuntularına qarşı cavab tədbirlərinin ümumi təsviri verilir. Bu qanun, Nazirlər Kabinetinin Azərbaycanda təhlükəli tullantıların sertifikatlaşdırılması qaydaları, təhlükəli tullantıların idarə olunması üzrə dövlət strategiyası haqqında qərarlarında, habelə ETSN tərəfindən təsdiq olunmuş “İstehsalat prosesləri nəticəsində və xidmət sahələrində formalaşan tullantıların inventarlaşdırılması qaydaları və təsnifat sisteminə dair təlimatlar”da qeyd olunmuşdur. - “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunu №439-IQ
Xəzər dənizinin Azərbaycan sektorunun təkini daxil etməklə yeraltı ehtiyatların işlənilməsi, səmərəli istifadəsi, təhlükəsizliyi və mühafizəsini tənzimləyir. Qanunda istifadəçilərin əsas mülkiyyət hüquqları və vəzifələri ifadə olunur. Ətraf mühitin mühafizəsinə dair mülahizələrə, ictimai səhiyyə və iqtisadi maraqlara əsasən mineral ehtiyatlardan istifadəyə müəyyən məhdudiyyətlər qoyulur. - “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının Qanunu №270-IIQ
Ətraf mühitə dair informasiyanın təsnifatlaşdırılmasını müəyyənləşdirir. İnformasiya açıq-aydın şəkildə “məhdud istifadə üçün” təsnif olunmadığı təqdirdə ictimaiyyət ondan istifadə edə bilər. Məhdudiyyətlərin tətbiq olunmasına dair prosedurlar təsvir olunmuşdur. Qanunun məqsədi Orhus Konvensiyasının (Azərbaycan tərəfindən 1999-cu ildə ratifikasiya olunmuşdur) müddəalarını Azərbaycan qanunlarında əks etdirməkdir. - ”Sanitar-epidemioloji xidmətlər haqqında” Azərbaycan Respublikasının Qanunu
Sənaye obyektləri üzrə layihələndirmə, tikinti və istismar mərhələlərində, habelə digər iqtisadi fəaliyyətlər üzrə yerinə yetirilməli sanitar-epidemioloji tələbləri müəyyən edir. Məqsədi əhalinin sağlamlığını qorumaqdır. Vətəndaşların təhlükəsiz mühitdə yaşamaq, habelə sanitar-epidemioloji şərait, ətraf mühit və ictimai səhiyyə barədə tam və pulsuz məlumat almaq hüquqlarından bəhs edir. - “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu №360-İQ
Əhalinin sağlamlığının qorunması və səhiyyə sisteminin əsas prinsiplərini müəyyən edir. Qanunda əhalinin sağlamlığına zərərli təsirə görə öhdəlik müəyyən edilir və nəzərdə tutulur ki, ətraf mühitin çirkləndirilməsi nəticəsində sağlamlığa dəymiş ziyan həmin ziyana səbəb olmuş hüquqi və ya fiziki şəxs tərəfindən kompensasiya olunmalıdır. - “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu №423-IQ
Sənaye obyektlərində radiasiya təhlükəsizliyinin təmin olunması üzrə tələbləri özündə əks etdirir. Qanunda hökumətin radiasiya təhlükəsizliyinə dair siyasətinin əsas prinsipləri, eləcə də potensial olaraq radioaktiv mənbələrdən istifadənin təsirinə məruz qalan ərazilərdə işçilərin və əhalinin təhlükəsizliyinin qorunması üçün ekoloji normalar müəyyən edilir. - “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu - 733-IQ
Təhlükə potensiallı obyektlərin (TPO) təhlükəsiz istismarının hüquqi, iqtisadi və sosial əsaslarını müəyyənləşdirir. - “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunu
Təsadüf/qəza nəticəsində insan həyatına, sağlamlığına, əmlaka və ətraf mühitə dəymiş ziyana görə mülki məsuliyyətin icbari sığortası üzrə tələbləri müəyyənləşdirir. - Azərbaycan Respublikasının Meşə Məcəlləsi
Bu Məcəllə Azərbaycan Respublikasının ərazisində meşə münasibətlərinin tənzimlənməsinin, meşələrdən istifadənin, onların mühafizəsinin, qorunmasının, bərpasının, ekoloji və ehtiyat potensialının yüksəldilməsinin hüquqi əsaslarını müəyyən edir. Meşə münasibətlərinin tənzimlənməsi meşə bitkilərinin, torpağın, heyvanat aləminin və ətraf mühitin mühüm ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edən digər komponentlərinin vəhdəti olan meşə anlayışı nəzərə alınmaqla həyata keçirilir. - "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikasının Qanunu
Bu Qanun elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını, habelə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mexanizmlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. - "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanunu
Bu Qanun enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının (qurumlarının), fiziki və hüquqi şəxslərin fəaliyyətini və onlar arasında yaranan münasibətləri tənzimləyir.
4. Ətraf mühitin qorunması ilə bağlı qanunvericiliyin pozulmasına görə cəzalar
- Ətraf mühitin qorunması ilə bağlı qanunların pozulmasına görə cəzalar "İnzibati Xətalar Məcəlləsi"ndə öz əksini tapıb:
FƏSİL 23: Əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalar
FƏSİL 25: Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar