ESG reytinqlər

ESG reytinqlər
ESG reytinqlər

GRI (Global Reporting Initiative) 
GRI standartları şirkətlərin ESG məlumatlarını necə təqdim edəcəyini müəyyənləşdirir. GRI, ESG hesabatlarının hazırlığı üçün ən geniş istifadə olunan standartlardan biridir.

SASB (Sustainability Accounting Standards Board)
Sənaye spesifikası əsasında davamlılıq hesabatlarını hazırlamaq üçün SASB standartları şirkətlərə rəhbərlik edir.

TCFD (Task Force on Climate-related Financial Disclosures) 
Bu təşkilat iqlim dəyişikliyinə dair maliyyə riskləri ilə bağlı məlumatların açıqlanmasını təmin edən bir çərçivə təqdim edir.

ISO (International Organization for Standardization) 
Şirkətlərin ekoloji (İSO14001, İSO50001), sosial (İSO26000, İSO45001) və korporativ idarəetmə (İSO9001, İSO37001) sahələrində qlobal tələblərə cavab verməsini asanlaşdırır və onların ESG prinsiplərinə uyğunluğunu təmin etməyə kömək edir.

AZS 962:2024 “Yaşıl biznesin idarəedilməsi sistemləri 
Bu dövlət standartı bizneslərin hansı istiqamətdə hansı yaşıl prinsipləri tətbiq edə biləciyini göstərməklə, faydalı təlimat rolunu oynayır. AZS 962:2024 standartının tətbiqi bizneslərin, o cümlədən KOB-ların yaşıl biznes modelinə keçidini asanlaşdırmaqla qlobal bazarda daha rəqabətqabiliyyətli olmasına imkan verəcək.