Monitorinq və Hesabatlılıq

Monitorinq və Hesabatlılıq
Monitorinq və Hesabatlılıq

ESG Monitorinq və Hesabatlılıq – şirkətlərin Ətraf Mühit (Environmental), Sosial (Social) və Korporativ İdarəetmə (Governance) sahələrindəki fəaliyyətlərini izləmək, dəyərləndirmək və maraqlı tərəflərə təqdim etmək üçün əsas proseslərdən biridir. Bu yanaşma, şirkətlərin yalnız maliyyə göstəricilərinə deyil, həm də sosial və ekoloji təsirlərinə, idarəetmə standartlarına və dayanıqlılıq səviyyəsinə dair məlumatları əhatə edir.

Monitorinq – ESG göstəricilərinin davamlı izlənilməsi və analiz edilməsidir. Bu proses çərçivəsində şirkətlər ətraf mühitə təsirlərini (karbon izi, su istifadəsi, tullantıların idarə edilməsi), sosial məsuliyyətlərini (əmək şəraiti, müxtəliflik, icmalarla əlaqələr) və idarəetmə təcrübələrini (şəffaflıq, korrupsiyanın qarşısının alınması, idarəetmə strukturu) qiymətləndirirlər.

Hesabatlılıq isə monitorinq nəticələrinin açıq və şəffaf şəkildə maraqlı tərəflərə çatdırılmasıdır. Şirkətlər ESG hesabatları vasitəsilə öz fəaliyyətlərinin dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunu, risklərin idarə olunmasını və uzunmüddətli strateji hədəflərini nümayiş etdirirlər. Bu hesabatlar beynəlxalq standartlara (məsələn, GRI – Qlobal Hesabatlıq Təşəbbüsü və ya SASB – Dayanıqlı Hesabatlıq Standartları Şurası) uyğun şəkildə hazırlanır və şirkətin şəffaflıq səviyyəsini artırır.

ESG Monitorinq və Hesabatlılıq, həmçinin şirkətlərin maraqlı tərəflərlə (investorlar, müştərilər, dövlət qurumları və cəmiyyət) etibarlı əlaqələr qurmasına, reputasiyasını qorumağa və rəqabət üstünlüyü əldə etməsinə şərait yaradır. Bu proses dayanıqlı inkişaf məqsədlərinə uyğun fəaliyyət göstərən şirkətlər üçün əsas meyar kimi çıxış edir.