Our Services
Layihə haqqında
Ümumi məlumat
Layihə Azərbaycanda Ətraf Mühit, Sosial və İdarəetmə (ESG) meyarlarının inteqrasiyasını təşviq edərək iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi kimi qlobal problemləri həll edir. ESG təcrübələri dünya miqyasında dayanıqlı inkişafı dəstəkləmək üçün geniş şəkildə qəbul edilir.
Lakin Azərbaycan xüsusilə tullantıların idarə olunması sahəsində bəzi maneələr mövcuddur. Belə ki, tullantıların yalnız 41%-nin təkrar emal edilməsi və ya zərərsizləşdirilməsi, eyni zamanda geniş yayılmış qeyri-formal emal prosesləri fonunda regionda strukturlaşdırılmış ESG təcrübələrinə ehtiyac duyulur. Bu təşəbbüs Azərbaycanda əvvəlki dövrlərdə reallaşdırılmış uğurlu ekoloji layihələr əsasında qurulub və milli strategiyaları qlobal iqlim məqsədləri ilə uyğunlaşdıraraq ESG prinsiplərini müxtəlif sektorlarda geniş şəkildə tətbiq etmək üçün hərtərəfli çərçivə yaratmağı hədəfləyir.
Layihənin məqsədləri və fəaliyyətləri
Layihənin əsas məqsədi Azərbaycanda, xüsusilə tullantıların idarə olunması sahəsində ESG prinsiplərinə inteqrasiyasını təkmilləşdirmək, dayanıqlı inkişafı və iqlim fəaliyyətini dəstəkləməkdir. Əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
- Araşdırma və analiz: Dairəvi iqtisadiyyat modellərinin inteqrasiyasına fokuslanaraq mövcud ESG təcrübələri ilə bağlı dərin araşdırma aparmaq və qlobal miqyasda ən uğurlu təcrübələri müəyyənləşdirmək.
- Təlimat inkişafı: Təşkilatlara dairəviliyi ESG standartlarına uyğun olaraq əməliyyatlarına daxil etməyə kömək edəcək təlimat sənədi yaratmaq. İştirakçıları maarifləndirmək və cəlb etmək üçün yeddiyədək seminar təşkil etmək nəzərdə tutulur.
- Veb portalın yaradılması: Azərbaycanın yaşıl siyasəti, bərpa olunan enerji və ekoloji qanunvericilik haqqında məlumatı mərkəzləşdirən əhatəli onlayn platforma yaratmaq, ictimaiyyətin əlçatanlığını və məlumatlılığını artırmaq.
- Potensialın Artırılması: Yerli məsləhətçilər şəbəkəsini dayanıqlı inkişafa istiqamətləndirmək üçün beynəlxalq ekspertlər ilə birgə Təlimçilərin Təlimi (TOT) proqramını təşkil etmək.
Uğur Göstəriciləri
Layihənin uğuru aşağıdakı nəticələrlə qiymətləndiriləcək:
• Təlimat sənədinin 700 təşkilata paylanması.
• Təşkilatların ESG meyarlarını tətbiqetmə öhdəliyinin 20%-ə çatması.
• Aktiv veb portalın yaradılması və ölçülə bilən iştirakın təmin edilməsi.
• Layihənin davamlılığını təmin etmək üçün ESG üzrə yerli mütəxəssislərə TOT proqramı vasitəsilə təlimlərin keçilməsi.
Maraqlı Tərəflərin İştirakı
Əsas maraqlı tərəflərə dövlət agentlikləri, Beynəlxalq Tullantıların İdarə Edilməsi Assosiasiyası (ISWA) kimi beynəlxalq qurumlar, təhsil müəssisələri, həmçinin özəl və ictimai təşkilatlar daxildir. Bu qurumları lahiyəyə cəlb etməklə geniş dəstək yaratmaq və əməkdaşlığı təşviq etmək hədəflənir. Xüsusilə də, Bakı Ağ Şəhəri təmsil edən şəxslərin, qadın sahibkarların və qlobal miqyasda iqlim dəyişikliyinə qarşı mübarizə aparan ekofəalların layihəyə cəlb olunması nəzərdə tutulur. Bu, Azərbaycanın dayanıqlı inkişaf təcrübəsində lider mövqeyə gəlməsinə imkan yaradacaq.
Uzunmüddətli Dayanıqlılıq
Layihə ESG prinsiplərini əsas fəaliyyət istiqamətləri siyahısına daxil etməklə uzunmüddətli dayanıqlılığı təmin edir. Təlimat sənədi və təhsil seminarları davamlı davranış dəyişikliyinə təkan verəcək, veb portal isə ictimaiyyətin mühüm ekoloji məlumatlara davamlı çıxışını təmin edəcək. Əlavə olaraq, TOT proqramı, Azərbaycanın ekoloji təşəbbüslərinə davamlı dəstək və beynəlxalq ESG standartları ilə uyğunluğu təmin edəcək yerli ESG ekspertlərindən ibarət şəbəkəni formalaşdıracaq.