Bakıda genişmiqyaslı ESG İnteqrasiyası Konfransı keçiriləcək
Tarix: 23 aprel 2025-ci il
Məkan: Badamdar Hotel & Residence, Mikayıl Müşfiq 1C, Bakı
23 aprel 2025-ci il tarixində Bakı şəhərində “Azərbaycanda ESG İnteqrasiyasının Gücləndirilməsi: Davamlı Biznes Təcrübələrinə Doğru” mövzusunda ESG (Ətraf Mühit, Sosial və İdarəetmə) inteqrasiyası konfransı keçiriləcək.
“Badamdar Hotel & Residence”də baş tutacaq tədbir, dövlət qurumları, özəl sektorun nümayəndələri və müstəqil ekspertləri bir araya gətirəcək.
Konfrans ölkədə davamlı biznes modellərinin təşviqinə və COP29 hədəfləri ilə uyğunlaşmaya töhfə verməyi hədəfləyir.
Konfransda ESG sahəsində beynəlxalq və yerli təcrübələr, hesabatlılıq və idarəetmə proseslərinə ESG meyarlarının effektiv tətbiqi, dövri iqtisadiyyat strategiyaları, dayanıqlı təchizat zəncirləri və korporativ idarəetmədə yeni yanaşmalar müzakirə ediləcək.
Konfransın əsas məqamları:
- ESG Azerbaijan Portalı və ESG İnteqrasiya üzrə Təlimat kitabçasının təqdimatı;
- Davos formatlı panel müzakirəsi: Azərbaycanda ESG tətbiqinin hazırkı vəziyyəti, çağırışlar və imkanlar;
- Paralel infosessiyalar: ESG hesabatlılığı, dövri iqtisadiyyat və korporativ idarəetmədə davamlılıq hədəfləri;
- COP29-a dəstək: Azərbaycanın qlobal iqlim gündəminə töhfəsi
- Şəbəkələşmə imkanları: Özəl sektor, dövlət qurumları və ekspertlər arasında yeni əməkdaşlıq imkanları.
Günün birinci yarısında açılış çıxışları və panel müzakirələrində BP və digər nüfuzlu qurumların nümayəndələri iştirak edəcək. Panel müzakirəsində ESG-nin biznes sektoruna inteqrasiyası, mövcud təşviq mexanizmləri və qarşıda duran strateji istiqamətlər ətrafında fikir mübadiləsi aparılacaq.
Günün ikinci yarısında isə üç paralel infosessiya keçiriləcək. Bu sessiyalarda ESG hesabatlılığına dair yerli və beynəlxalq yanaşmalar, dövri iqtisadiyyatın tətbiqi mexanizmləri, eləcə də korporativ idarəetmədə davamlılıq və kompensasiya sistemlərinin uyğunlaşdırılması mövzuları iştirakçılarla ətraflı informasiya veriləcək. Hər bir sessiya mövzu üzrə ixtisaslaşmış yerli ekspertlərin iştirakı ilə keçiriləcək və real təcrübə nümunələri ilə zəngin olacaq.
Kimlər iştirak edə bilər?
Konfrans ESG sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri, dövlət qurumları, maliyyə institutları, startap nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri və ekspertlər üçün nəzərdə tutulub. Tədbir, həmçinin ESG sahəsində maarifləndirmənin artırılması və institusional potensialın gücləndirilməsinə xidmət edəcək.
Qeydiyyat üçün:
E-mail: [email protected]
WhatsApp: +994 77 449 99 77
Ətraflı məlumat üçün: www.esgazerbaijan.az